18 Aprel, 2011
Ermənilər Aşağı Seyidəhmədlini atəşə tutub

İtki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 17-də saat 09.30-dan 09.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub. 
Saat 18.20-dən 18.45-dək və aprelin 18-də saat 00.30-dan 00.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərinə avtomat və pulemyotlardan atəş açılıb.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!