18 Aprel, 2011
İLYAS İSMAYILOVUN QARDAŞI VƏFAT EDİB

İdris İsmayılov bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkirmiş

Millət vəkili İlyas İsmayılovun qardaşı İdris İsmayılov vəfat edib. Bu barədə musavat.com-a millət vəkilinin yaxın adamlarından biri xəbər verib. 


Onun sözlərinə görə, İdris İsmayılov bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkirmiş.

İdris İsmayılov vaxtilə Tovuz rayon sovetinin sədri vəzifəsində işləyib.

Allah rəhmət eləsin.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!