13 Noyabr, 2014
Erməni hərbçi intihar etdi

Ermənistan ordusunda hərbçilərdən biri intihar edib.

Simsar.az-ın məlumatına görə, Ermənistan ordusunun 25 yaşlı hərbi qulluqçusu İrəvanda Kiyevyan körpüsündə özünü aşağı ataraq intihar edib.

Adı hələ açıqlanmayan hərbçinin bir neçə gün əvvəl hərbi hissədən qaçdığı bildirilir. Onun qaçmasına səbəb digər əsgərlər tərəfindən döyülməsidir.

Körpüdən düşən hərbçinin sifəti tamamilə dağılıb. Onun kim olduğunun aydınlaşdırılması üçün cəsəd hərbi ekspertizaya göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!