13 Noyabr, 2014
Vur, komandir, vur - Elxan Yurdoğludan yeni şeir

Attığın hər silahın səsindən ürkər küçük,

Sanar dünya dağılır,  İsrafil də çalır Sur.

Sənin İstiqlalından göydə nə var salar tük,

Nişan al, çək tətiyi, vur komandir, vur.


Getdi daha o vaxtlar,  acımaq yox düşmənə,

Hər düşmən anasının ahından toy-büsat qur.

Əsgərim, silahını hazır tut, qurban sənə,

Nişan al, çək tətiyi, vur komandir, vur.


Vətən göz nurumuzdur,  hər əsgər də bir didə,

Sərhəddəki qardaşım, məğrur dayan, oyaq dur.

Bir zəfər müjdəsi var atdığın hər mərmidə

Nişan al, çək tətiyi, vur komandir, vur.

 

Elxan Yurdoğlu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!