13 Noyabr, 2014
Millimizin oyununa 3 ölkədən hakim gələcək

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa təyinatlar açıqlanıb.

Simsar.az-ın məlumatına görə, UEFA matçı ukraynalı hakimlərə tapşırılıb.

Qarşılaşmanı Yevgeni Aranovski idarə edəcək. Matçın hakim-inspektoru Serbiyadan, UEFA nümayəndəsi Türkiyədən olacaq.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç matçı saat 21.00-da başlayacaq.

Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk, Semen Şlonçak, Sergey Bekker (Ukrayna).

Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula (Ukrayna).

Hakim-inspektor: Zoran Petroviç (Serbiya).

UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!