13 Noyabr, 2014
Məlik Dadaşovun yubileyi keçiriləcək

Simsar.az-ın xəbərinə görə noyabrın 24-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.

Tədbirdə sənətkarın həyat yolu və yaradıcılığından, yaratdığı bənzərsiz obrazlar qalereyasından söz açılacaq və onunla bağlı xatirələr səsləndiriləcək.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!