13 Noyabr, 2014
Nizami Kino Mərkəzi iki yeni filmin nümayişinə başladı

Bu gündən etibarən Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Sevgi ilə Rozi” və Almaniya ilə Böyük Britaniyanın istehsalı “Uidji lövhəsi” adlı filmlərin nümayişinə başlanıb.

Mərkəzin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, “Sevgi ilə Rozi” filmini Culyett Tauxidinin ssenarisi əsasında rejissor Kristian Ditter komedik melodram janrında çəkib.

Filmdə Sem Klaflin, Lili Kollinz, Suki Uoterhaus, Temzin Ejerton, Art Parkinson, Kristian Kuk, Jemi Uinston, Lili Leyt, Nik Li, Jeyk Menli və başqa aktyorlar çəkilib.

Rejissor Stayls Vayt “Uidji lövhəsi” filmini dəhşət janrında çəkib.

Bir qız, qədim masa oyunu olan Uidji lövhəsi ilə ruhları çağırır, baş verənləri kameraya çəkir və bundan sonra qəribə şəkildə onun ölüsü tapılır. Yaxın dostları onun ölümdən sonra bu sirri açmaq üçün oyunu araşdırmağa başlayırlar. Amma Uidji lövhəsindən gələn dəhşət qarşısında həyatda sağ qalmaq üçün mübarizə aparmalı olurlar.

Filmdə rolları Oliviya Kuk, Ana Koto, Daren Kaqasoff, Byanka A. Santos, Duqlas Smit, Şelli Henni, Syerra Heyermann, Sanni Mey Ellison və başqa aktyorlar canlandırıblar.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!