13 Noyabr, 2014
“İŞİD” Misiri də dinc buraxmır

İraq və Suriyanı qana bulayan“İŞİD”, daha bir ölkənin ərazisinə soxulub. Militanlar Misir ərazisinə 2 dəfə hücum edərək polis və əsgərləri öldürüblər.

Simsar.az xəbər verir ki, Misir polisinin yaydığı məlumata görə, “İŞİD” döyüşçülərinin Sina Yarmadasına hücuma nəticəsində 3 əsgər və 2 polis ölüb.

Məlumatda militanların hər iki hücumda da yola barikada quraraq maşınları saxlayıb polis və əsgərləri öldürdükləri bildirilir.

Hücumların birincisi Şeyx Zuveid şəhərinə, ikincisi isə Refah şəhərinə edilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!