13 Noyabr, 2014
Peyğəmbərin evi söküləcək - Kral Abdullah özünə saray tikdirir

İngiltərənin “İndependent” qəzeti Həzrəti Məhəmmədin  doğulduğu evin sökülərək yerində Səudiyyə Ərəbistanının kralı Abdullah üçün saray tikiləcəyini iddia edib.

Simsar.az-ın məlumatına görə, Kəbənin ətrafını göydələnlərlə dolduran Səudiyyə Ərəbistanı hakimiyyəti  Peyğəmbərin Məkkədə doğulduğu evi də sökməyi planlaşdırır.

Plana əsasən, sözügedən məkanda alış veriş mərkəzi və saray tikiləcək.

İngiltərədəki İslam Araşdırmalar Mərkəzi Fondunun nümayəndəsi İrfan Alavai də peyğəmbərin doğulduğu evin bu ilin sonuna kimi söküləcəyini təxmin etdiyini açıqlayıb.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!