13 Noyabr, 2014
Polis şöbələrində monitorinq aparıldı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Aydın Bəyişov Biləsuvar, Salyan, Cəlilabad, Masallı və Lənkəran şəhər polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərlə görüşüblər: “Onların saxlanma şəraitindən və münasibətdən şikayətləri yoxdur. Lakin Masallı və Lənkəran şəhər polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılan şəxslərdən bir neçəsi məhkəmə və prokurorluq orqanlarından şikayət edərək işlərinə düzgün baxılmadığını söylədilər”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!