13 Noyabr, 2014
Gəmi Zavoduna 10 milyon ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!