13 Noyabr, 2014
İŞİD-ə qarşı yeni metod - VİDEO

Özünü "İslam Dövləti" adlandıran təşkilatın qərb ölkələrindən gənc oğlan və qızları ekstremist qruplaşmaya cəlb etməsi Birləşmiş Ştatlar da daxil olmaqla, bir çox dövləti narahat edir.

Simsar.az-ın "Amerikanın səsi"nə istinadla verdiyi xəbərə görə, İŞİD özünün ingilis dilli İnternet səhifəsi və social media vasitəsilə Avropa və Amerikada yaşayan gənc oğlan və qızları hədəf alır.

Birləşmiş Ştatlar dövlət katibinin İctimai Diplomatiya və İctimai Əlaqələr üzrə yardımçısı Riçard Stengel hökumətin belə çağırışların qarşısını alamq üçün mesajlarını yaymağa çalşdığını deyib. “Ən əvvəl biz gənclərə İŞİD-in İraqda və ya Suriyada müharibənin mahiyyəti barədə yaratdığı mənzərənin yanlış olduğunu göstərmək istəyirik. Demək istəyirik ki, oralar onların təsvir etdikləri kimi cənnət deyil. Oralarda demokratiya yoxdur. Orada heç nə işləmir."

R.Stengel bildirib ki, biz Facebook, Tvitter kimi sosial media platformalarından istifadə edərək İŞİD-də vuruşan və geri dönən xarici döyüşçülərin və İŞİD-ə qarşı olan din xadimlərinin “oralar sizin düşündüyünüz kimi yerlər deyil” dedikləri müraciətləri, eləcə də hökumət rəsmilərinin çıxışlarını, bəyanatlarını çatdırırıq.

Kəşfiyyat rəsmiləri və terror üzrə ekspertlər İŞİD-ə qarşı belə addımların geniş mübarizənin yalnız bir hissəsi olduğunu, yeni qüvvə axınını dayandırmaq üçün İŞİD və bu kimi təşkilatlardan gələn mesajları cavablandırmağın vacibliyini vurğulayırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!