18 Aprel, 2011
Ərdoğan İstanbulu iki yerə böləcək

İstanbulun bazasında qurulacaq şəhərlərdən biri Asiya, digəri Avropa hissəsində yerləşəcək

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə həyata keçirəcəyi bəzi tədbirləri açıqlayıb. 



Baş nazir bu çərçivədə İstanbul şəhərini iki ayrı şəhərə ayıracaqlarını bəyan edib. Simsar.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, baş nazirin açıqladığı 5 əsas maddədən ibarət bəyannamənin ən diqqət çəkən məqamı da məhz bu – İstanbulun iki ayrı şəhər edilməsidir.


Bəyannamədə qeyd olunub ki, bunun üçün yerli idarə yenidən təşkil olunacaq. Əhalinin sürətlə artması, 2023-cü ilədək 23 milyonu keçməsini nəzərə alan AKP yenidən çoxluq qazanaraq, hökuməti təşkil edəcəyi təqdirdə İstanbulun bazasında iki şəhər quracaq. Şəhərlər İstanbulun coğrafi yerləşməsinə görə ayrılacaq. Biri Asiya, digəri isə Avropa hissəsində yerləşəcək. Şəhərləri birləşdirən üçüncü körpü, həmçinin dənizin altı ilə hər iki sahil tunel vasitəsi ilə birləşdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!