13 Noyabr, 2014
Bala şimpanzenin ana sevgisi gözləri yaşartdı-FOTO

Danimarkanın Aalborq şəhərindəki bir zooparkda bala şimpanze  diş əməliyyatı keçirən anasının yanından bir an belə ayrılmadı.

Simsar.az xəbər verir ki, Jutta adlı şimpanzenin iki dişini qırması nəticəsində zoopark baytarları onun əməliyyat olunmasına qərar veriblər. Lakin Juttanın qızı May, anasından ayrılmaqdan imtina edincə baytarlar əməliyyat zamanı onun da anasının yanında dayanmasına icazə verib.  Mövzu ilə bağlı açıqlama verən Trine Hammer Censen əməliyyatdan əvvəl gərgin olan bala şempanzenin Juttaya narkoz verildiyi zaman anasını qoruduğunu fadə edib: “Əməliyyata qərar verdiyimiz zaman May anasının yanında idi və biz də bu əməliyyatı uğurla həyata keçirəcəyimizə qərar verdik” . Əməliyyatın uğurlu keçdiyini bildirən Censen bala və ana şimpanzenin vəziyyətinin yaxşı olduğunu deyib.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!