12 Noyabr, 2014
Sumqayıt polisində döyüldüklərini deyən qadınlardan yeni - Xəbər

Sumqayıt polisində döyüldüklərini bildirən “Alyans” Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri Aytən İsmayılova və Lada Penkova Daxili İşlər Nazirliyində izahat verib.

Simsar.az-ın xəbərinə görə, bu haqda AzadlıqRadiosuna məlumat verən Aytən İsmayılovanın bildirdiyinə görə, onlar nazirliyə öz müraciətləri əsasında çağırılıblar:

“Sumqayıt şəhər Baş Polis İdarəsində izahat yazmışıq, bundan sonra bizimlə maraqlanan olmayıb. Məcbur qalıb Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdik. Dəfələrlə cəhd etsək də, ordan da cavab ala bilməmişik ki, araşdırma nə yerdədir. Döyülmüşük, təhqir olunmuşuq, baxan yoxdur. Bir neçə gün öncə isə DİN-ə müraciət yazmışdıq. Çağırdılar, izahatımızı aldılar. Hiss olunurdu ki, başdansovdu yanaşırlar. Ehtimal edirik ki, bu izahatımız da araşdırılmayacaq və bizi döyən polislər cəzasız qalacaqlar”.

Lada Penkova və Aytən İsmayılova oktyabrın 16-da Sumqayıt 4-cü Polis Bölməsində döyüldüklərini bildirmişdilər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov müsahibəsində qızların bu iddiasının gerçəyi əks etdirmədiyini söyləmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!