12 Noyabr, 2014
Çempionlar Liqasına əzmkar qələbə ilə başladıq

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının yeni mövsümünə start verilib.

Simsar.az-ın məlumatına görə, Azərbaycan klublarından ilk olaraq "Azəryol" meydana çıxıb.

Təmsilçimiz evdə Fransanın "Nant" klubunu qəbul edib. İlk setdə qalib 25:17 hesabı ilə qalib gələn "Azəryol" növbəti iki setdə eyni hesabla uduzub - 18:25. Lakin Bakı klubu məğlubiyyətlə razılaşmayıb. 4-cü setdə 25:16 hesabına sevinən "Azəryol" tay-brekdə də qalib gələn tərəf olub - 20:18.

Yekun nəticədə təmsilçimiz 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Bakı klubunun yer aldığı qrupun digər matçında Rumıniya çempionu “Ştiinta” Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək.

Çempionlar Liqası

B qrupu, I tur

12 noyabr

Azəryol (Azərbaycan) - Nant (Fransa) 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18)

Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya).

Bakı. Voleybol Mərkəzi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!