12 Noyabr, 2014
Düşməndə 11-i qaldı (FOTO)

Ermənistan ordusuna məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazisində vurulması ilə bağlı millət vəkili Aydın Mirzəzadə maraqlı məlumat paylaşıb.

Simsar.az məlumatına görə, Aydın Mirzəzadə "Facebook" səhifəsində Mİ-24 helikopterinin şəklinin paylaşaraq bildirib ki, düşmən daha 11 belə helikopterə sahibdir:

"Ermənistanın Azərbaycanın işğal edilmiş ərazisndə vurulan Mİ-24 helikopteri. İndi düşmən ölkənin silahlı qüvvələrində ondan 11 dənəsi qaldı".

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin 2 Mİ-24 helikopteri qoşunların təmas xəttində mövqelərimizi atəşə tutub. Milli Ordumuzun cavab atəşi nəticəsində düşmənin 1 helikopteri vurulub, o biri helikopter isə oradan uzaqlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!