12 Noyabr, 2014
Seyf oğruları yaxalandı

Mağazalardan külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Nizami rayonunun Qara Qarayev prospektindəki mebel mağazasından içərisində 55 min manat, B.Nuriyev küçəsindəki mağazadan içərisində 65 min manat olan seyfləri oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kərim Kubayev və Renat Məhərrəmov rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktla bağlı araşdırmalar davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!