12 Noyabr, 2014
İrəvan ordudakı itkilərə etiraz edir

Bu gün İrəvanda prezident administrasiyası binası önündə etiraz aksiyası keçirilib.

Simsar.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları orduda ölüm hallarına qarşı etiraz ediblər.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri prezident Serj Sarkisyanla görüş tələb ediblər. Onlar övladlarının ölümü ilə bağlı araşdırmaların qeyri-ədalətli aparıldığını və buna görə ən sərt tədbirlərə hazır olduqlarını bildiriblər.

Bu gün həmçinin “Mən əleyhinəyəm” adlı təşəbbüsün iştirakçları Maliyyə Nazirliyinin binası önündə aksiya keçiriblər. Onlar müəllimlərin məcburi yığım ödənişlərindən azad edilməsi ilə bağlı baş nazirin tapşırığının yerinə yetirilməsini tələb ediblər. Aksiya iştirakçıları sonra Ermənistan nazirlər kabinetinin binasına doğru irəliləyiblər və baş nazirə məktub təqdim ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!