12 Noyabr, 2014
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 1 həftə öncəki iclasının protokolu təsdiq edilib.

Simsar.az xəbər verir ki, iclasda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin forması müzakirə və təsdiq edilib. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları əks olunub. Komissiya respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayına müvafiq olaraq (məcburi köçkün statusu almış seçicilər istisna olunmaqla), həmin saydan təqribən 3% artıq, ümumilikdə 4872705 (dörd milyon səkkiz yüz yetmiş iki min yeddi yüz beş)  bildirişin mətbəə üsulu ilə hazırlanmasını qərara alıb.

Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!