12 Noyabr, 2014
Almaniyada “İŞİD” əməliyyatı

Almaniya polisi “İŞİD”ə qarşı geniş əməliyyat keçirib. Əməliyyat sırasında evlərdə axtarış aparılıb, 8 nəfər həbs edilib.

Simsar.az xəbər verir ki, Köln əyalət polisindən verilən yazılı açıqlamaya görə əyalətin Siegen, Bergisch-Gladbach, Kreuztal və Neptun şəhərlərində bəzi evlərdə axtarışlar aparılıb. Və asayişi pozmaq məqsədilə qanunsuz aksiyalar planlaşdırdıqları iddiasıyla 8 nəfər – Almaniya vətəndaşları Mustafa A. Lazhar B.O., Sofien B.O., Kais B.O., Omaber B.O., Anour J., Ali Ö. və Usman A. həbs edilib. Həbs edilənlər soyğunçuluq etməkdə, bu soyğunlardan əldə etdikləri pulları Suriyadakı qruplara göndərməkdə və Suriyaya getmək istəyənlərə maddi dəstək göstərməkdə ittiham olunurlar. Polisin açıqlamasına görə bu şəxslərin evlərində ittiham edildikiləri cinayətlərdə iştirak etdiklərini sübut edən kifayət qədər maddi sübutlar tapılıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!