“İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı 10 əməkdaşlıq sənədi imzalanacaq”.
Simsar.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.
O bildirib ki, iki tərəf arasında imzalanacaq 10 sənəd əsasən siyasi, iqtisadi, mədəni, sərhəd və konsulluq işləri üzrə əməkdaşlıqları əhatə edir.
Rəhimpur 10 əməkdaşlıq sənədinin bu gün iki ölkə prezidentləri tərəfindən imzalanacağını da qeyd edib.
İranın xarici işlər nazirinin müavini İran-Azərbaycan münasibətlərini son dərəcə güclü adlandırıb və deyib: “Bu görüşlər regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə yaxşı təsir etmiş olacaq”.
Hüseyn İbadlı