12 Noyabr, 2014
Dünya kosmonavtika tarixində İLK DƏFƏ - CANLI

“Rozetta” layihəsi çərçivəsində göndərilən raket 67R/Çuryumov-Qerasimenko kometinə çatmaq üzrədir.

Simsar.az xəbər verir ki, dünya kosmonavtika tarixində ilk dəfə olaraq komet səthinə modul endirməyi planlaşdıran Avropa Kosmik Agentliyi (ESA) 10 il əvvəl başlayan layihənin uğurla yekunlaşacağını ümid edir. 7 milyard kilometr məsafə qət edərək kometə çatan raketin Bakı vaxtı ilə saat 12:35-də modulu endirməyə başlayacağı bildirilir. 7 saata kometin səthinə enəcək modul İlk siqnalları saat 19:00-da göndərəcək. Göndərilən siqnallar 28 dəqiqə 20 saniyə sonra Yerə çatacaq.

Proses ESA-nın “Rozetta” layihəsi ilə bağlı saytında canlı yayımlanır: http://rosetta.esa.int/

Qeyd edək ki, “Rozetta” layihəsinə 1 milyard dollar xərclənilib.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!