12 Noyabr, 2014
Mingəçevirdə faciə - İki qardaş kanalda batdı - VİDEO

Mingəçevirdə iki qardaş Yuxarı Qarabağ kanalında boğulub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib. Ağdərə rayonundan məcburi köçkün 13 yaşlı Ömər Novruzov və onun kiçik qardaşı 11 yaşlı Ülvü Novruzov Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş Ömər Novruzov kiçik qardaşı Ülvü Novruzovun suda boğulduğunu görüb, onu xilas etmək üçün kanala atılıb, nəticədə hər ikisi batıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünən axşam saatlarından hadisə yerinə cəlb edilib, qardaşların tapılması istiqamətində işlər aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!