11 Noyabr, 2014
Türk general Bakıda

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atayın Azərbaycana səfəri başlayıb.

Simsar.az-ın APA-ya istinadən məlumatına görə, nümayəndə heyəti bu gün Bakıya gəlib.

Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində general A. Atayın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Jandarma Komandanının Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır.

Qeyd edək ki, ordu generalı A. Atay bu ilin avqust ayında Jandarma Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub. Bu, A. Altayın Jandarma Baş Komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!