11 Noyabr, 2014
Ukrayna işğalla barışdı

Ukrayna cənub-şərqini, Donbası indi deyil, bir neçə ilə geri qaytaracaq.

Simsar.az-ın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müşaviri Markiyan Lubkivski açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna Donbası 4-5 ildən sonra qaytara biləcək.

"Çətin ki, Donbass yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır", deyə Lubkivski bildirib.

Qeyd edək ki, noyabrın 2-də qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri keçirilmişdi. Rusiya bu seçkilərin nəticələrini tanısa da ABŞ və Avropa ölkələri seçkiləri qeyri legitim adlandırmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!