16 Aprel, 2011
Azərbaycan və Ermənistanın nazirləri görüşəcək

""2+1" formatında danışıqlar səmərəlidir və gələcəkdə davam etdirilməlidir"

Aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Simsar.az -ın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.

“Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundu cari ilin yayında keçirilə bilər”, - Popov bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında "2+1" formatında danışıqlar səmərəlidir və gələcəkdə davam etdirilməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!