11 Noyabr, 2014
Ebola virusu Mərakeşi Afrika Kubokundan məhrum etdi

Mərakeş gələn il baş tutacaq Afrika Millətlər Kubokuna ev sahibliyindən imtina edib. Nəticədə, ölkə sözügedən yarışda iştirak etmək hüququnu da itirib. Simsar.az xəbər verir ki, buna Mərakeş Futbol Federasiyasının Afrika Futbol Konfederasiyasına (AFK) yarışın təxirə salınması ilə bağlı müraciəti səbəb olub. Ebola virusunun yarada biləcəyi təhlükədən narahat olan fedeasiyanın istəyi AFK tərəfindən rədd edilib.

Qeyd edək ki, yarış gələn il 17 yanvar – 8 fevral tarixlərində keçiriləcək.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!