11 Noyabr, 2014
Ata 2 yaşlı qızını qaynar suda öldürdü

Avstriyada dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, paytaxt Vyanada 26 yaşlı şəxs 2 yaşlı qızını qaynar suda yandırıb. Bədənin çox hissəsi yanan qız Vyana Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən tutulan 26 kişi ifadəsində övladını tərbiyələndirmək üçün onu hamama apardığını və səhvən soyuq su əvəzinə isti suyu açdığını deyib.

Faktla bağlı işgəncə ilə adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!