16 Aprel, 2011
Əli Kərimli Baş Polis İdarəsində dindirilir

AXCP sədri məktubla dəvət olunub

İctimai Palatada təmsil olunan AXCP sədri Əli Kərimli bu gün saat 11:20-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gəlib. 
AXCP sədrinə Fazil Həsənəliyevin imzası ilə aprelin 16-da saat 11-də Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində ifadə verməsi ilə bağlı məktub göndərilib. Ə.Kərimli 2 aprel mitinqi ilə bağlı ifadə vermək üçün BŞBPİ-nə çagırılıb.

O, binanın yerləşdiyi əraziyə daxil olarkən telefonunu mühafizəçilərinə verib. Hazırda binanın qarşısında jurnalistlər toplanıb.
Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!