11 Noyabr, 2014
Timati Çeçenistanın xalq artisti oldu

Rusiyalı musiqiçi və ifaçı Timatiyə (əsl adı Timur Yunusov) Çeçenistanın xalq artisti adı verilib.

Simsar.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Çeçenistan Prezidenti Ramzan Kadırov bu barədə müvafiq fərman imzalayıb.

R.Kadırov sosial şəbəkələrdə bununla bağlı məlumat yayıb: "Timati məmin dostumdur. Yaradıcılığına, vətənpərvərliyinə və mövqeyinə görə ona hörmət edirəm. Timati sağlam həyat tərzi sürür. O içmir və çəkmir, idmanla məşğul olur. Milyonlarla gəncə nümunədir. Buna görə ona təşəkkür etmək lazımdır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!