16 Aprel, 2011
Biznesmenin 10 min manat pulu oğurlandı

Oğurluqda şübhəli bilinən yaxalandı

Paytaxt ərazisində biznesmenin evi qarət olunub. Bakı Şəhər Baş Polis İdarəsindən Simsar.az -a verilən məlumata görə, aprelin 12-də Bakıxanov qəsəbə sakini Aydın Ağayevin evindən naməlum şəraitdə 10 min manat oğurlanıb. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Şəhriyar Nuriyev aprelin 15-də yaxalanıb. 

Bölmədən Simsar.az -a bildirildi ki, zərərçəkmiş A.Ağayev biznesmendir. Onun “Sədərək” yarmarkasında böyük ticarət obyektləri var. 
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177) maddəsi ilə cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!