9 Noyabr, 2014
Türk polisindən Gülənə zərbə

Türkiyə polisi "paralel hökumət"ə qarşı növbəti dəfə əməliyyatlar keçirib.

Simsar.az-ın məlumatına görə, əməliyyatlar 8 şəhərdə həyata keçirilib.

Türkiyə mətbuatının yazdığına görə, əməliyyatlar nəticəsində 10 polis saxlanılıb, 2 polis rəisi haqqında cinayət işi açılıb.

Onlar vəzifəsindən sui-istifadə edilməsində və telefon danışıqlarının dinlənilməsində iştirak etməkdə təqsirli bilinirlər.

Əməliyyatlar Kocaeli, İstanbul, Ədirnə, Diyarbəkir, Sivas, Gümüşhanə, Bitilis və Ardahan şəhərilərində keçirilib. Polislər saxlanılan şəxslərin iş otaqlarındakı kampyuterləri, hard diskləri, teleefonları və CD-DVD-ləri götürüblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!