9 Noyabr, 2014
Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!