9 Noyabr, 2014
Mitinqdə polisin tələbi keçmədi

Milli Şuranın bu gün keçirilən mitinqi aksiya iştirakçıları ilə polis arasında mübahisə ilə başlayıb. Simsar.az ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov mitinq təşkilatçılarına yaxınlaşaraq medianın bir istiqamətdən fəaliyyət göstərmələrini tələbini irəli sürüb. O, bunu jurnalistlərin təhlükəsizliyi ilə izah edib. Lakin AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad qəhrəmanlı buna etiraz edib. Yaranmış mübahisə anlaşma ilə yekunlaşıb. Polis medianın mitinq keçirilən yerdə sərbəst fəaliyyətinə icazə verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!