8 Noyabr, 2014
Mədən qəzasının günahkarları saxlanıldı

Türkiyədə 18 nəfərin itkin düşməsi ilə nəticələnən mədən qəzasına görə 7 nəfər saxlanılıb.

Simsar.az-ın məlumatına görə, Ermenek mahalında kömür mədəninin su basması səbəbindən bir nəfər də axtarışa verilib.

Qeyd edək ki, kömür mədənindən 2 nəfərin cəsədi tapılıb, 16 işçi isə itkin hesab olunur. Ermenek prokurorluğu tərəfindən başlanan istintaq mədəndəki qəzada mühəndislər və mədənin rəhbərini günahkar bilir.

İstintaqda saxlanılan şəxslərin ifadələri alınır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!