8 Noyabr, 2014
ABŞ İraqa ordu göndərir - Obamadan ŞOK QƏRAR

ABŞ “İŞİD”lə mübarizə aparan İraq Ordusu və kürd peşmərgəsinə təlim keçmək üçün bölgəyə qoşun göndərəcək.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Barak Obama İraqa 1500 hərbçi  göndərilməsi ilə bağlı orduya təlimat verdiyi bildirilir.

Açıqlamada Ağ Evin İraq və Suriyadakı əməliyyatlar üçün Konqresdən 5,6 milyard dollar büdcə tələb edəcəyi də qeyd edlir.

Pentaqondan verilən açıqlamada isə ABŞ-ın “İŞİD”lə mübarizə aparan İraq ordusuna dəstəyini qarşıdan gələn həftələrdə artıracağı qeyd olunub. Xəbərdə İraq ordusundan 12 briqadanın təlimlər üçün xüsusi mərkəzlər yaradacağı da bildirilib.

Bundan başqa Bağdad və Ərbil yaxınlığında təşkil ediləcək mərkəzlərdə ABŞ hərbçiləri İraqlı həmkarlarına məsləhət verəcəklər.

Açıqlamada ölkəyə göndəriləcək ABŞ əsgərlərinin döyüşlərə qoşulmayacağı da xüsusi vurğulanıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!