8 Noyabr, 2014
Evində it saxlayana 74 şallaq – QANUN

İran qanunlarına görə evdə it saxlanması qadağandır. Gizli şəkildə it saxlayanlara isə polis tərəfindən xəbərdarlıq edilir, küçədə itlə gəzənlərin heyvanları da müsadirə olunur. Bundan sonra hökumət belə vətəndaşlara qarşı daha radikal addımlar atmağı planlaşdırır.

Simsar.az xəbər verir ki, iranlı deputatların hazırladığı yeni qanun layihəsinə görə, evlərində gizli it saxlayan vətəndaşlara 74 şallaq zərbəsi və yaxudda, təxminən 400-4000 manat arasında cəza veriləcək.

Qanun layihəsinə görə, müsadirə edilən itlər meşəyə atılacaq və ya zooparklara təhvil veriləcək.

Qeyd edək ki, eyni qanun layihəsi 3 il öncə də təklif edilmişdi, lakin bu, İran parlamenti tərəfindən qəbul edilməmişdi.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!