8 Noyabr, 2014
Vüsalə Musayeva solo konsert verəcək

Azərbaycanın gənc xanəndəsi, I Muğam Televiziya Müsabiqəsinin laureatı, Opera və Balet Teatrının solisti Vüsalə Musayevanın “Axşamüstü Qarabağdan” adlı solo konserti olacaq.

Simsar.az xəbər verir ki, konsert noyabrın 28-i, saat 20:00-da Beynəlxlaq Muğam Mərkəzində baş tutacaq. Xanəndə  Simar.az-a açıqlamasında bildirib ki, gecədə bir-birindən dəyərli xalq mahnıları və muğamlarla yanaşı, klassik musiqilərə də yer veriləcək.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!