8 Noyabr, 2014
“Qarabağ”ın qapıçısının adı transfer qalmaqalında

"Mersin İdman Yurdu"nun sabiq futbolçusu, hazırda "Qarabağ"ın şərəfini qoruyan İbrahim Şehiçin adı transfer qalmaqalında hallanır.

Simsar.az Qol.Az-a istinadən xəbər verir ki, "Mersin İdman Yurdu" 2011-ci ildə "Jelezniçar"dan (Bosniya və Herseqovina)  transfer etdiyi 26 yaşlı qolkiperin təzminatını ödəməyib.

Bu barədə Bosniya və Herseqovina klubunun prezidenti  Almir Grediç məlumat verib. O bildirib ki, "Mersin İdman Yurdu" onlara borclu olduğu 425 min avronu noyabrın 10-dək ödəmələdir. Əks təqdirdə, A.Grediç UEFA-nın İntizam Komitəsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, İ.Şehiç 2011-2013-cü illərdə "Mersin İdman Yurdun"da 38 matçda iştirak edib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!