8 Noyabr, 2014
“Barbi kuklası” döyülərək tanınmaz hala salındı- FOTO

Dünya onu barbi kuklası kimi tanıdı.  Bir neçə əməliyyatlar keçirdikdən sonra dünyanın diqqətini çəkməyi bacaran ukraynalı Valeriya Lukyanova dünən gecə saatlarında Odessadakı evinin qarşısında hücuma məruz qalıb.

Simsar.az xəbər verir ki, tanımadığı iki kişi tərəfindən döyülən “barbi kuklası” təcili xəstəxanaya yerləşdirilib. Nifrət kampaniyasına uğradığını bildirən Lukyanova, ona hücum edənləri tanımadığını deyib. “Barbi kuklası”xəstəxanadan çəkilən şəkilərini  insitagramda paylaşıb. Fotolar yayıldıqdan sonra bəziləri ortada hücum, döyülmə faktlarının olmadığını, Lukyanovanın xəstəxanaya sadəcə yeni bir əməliyyat keçirtmək üçün getdiyini iddia edib. Lukyanova isə bunun doğru olmadığını bildirib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!