8 Noyabr, 2014
Hələbdə vəziyyət gərginləşir

Suriyanın Hələb cəbhəsində vəziyyət gün-gündən müxalif döyüşçüləri üçün ağırlaşır.

Simsar.az yerli mediaya istinadən xəbər verir ki, son bir ildə şəhərin həm cənub qərbindən, həm də şimalından hücuma keçən hökumət qoşunları, müxalifləri mühasirəyə almaq üçün getdikcə çevrəni daraldır. Bölgədə hazırda ağır döyüşlər gedir.

Məlumatda o da qeyd olunub ki, hazırda hökumət ordusu “Yeni Hələb” olaraq tanınan Hələb şəhərinin mərkəzinin qərb hissəsini, müxaliflət silahlıları isə mərkəzin şərqini nəzarətdə saxlayırlar.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!