8 Noyabr, 2014
Xumar Qədimova Rəqsanənin qızından yazdı - FOTO

Simsar.az xəbər verir ki, tanınmış müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun haqqında yerli şou-biznesin nazlı ulduzu Xumar Qədimova xoş sözlər yazıb.

Aysunun model kimi instagramda yayılan fotolarının birinin altında Xumar xanım ürəyini bu sözlərlə boşaldıb : "Gözəl qızım Aysunum. Sənin gözlərində çaylar coşur, bulaqlar qaynayır. Bu gözəllik Allahın sənə bir lütfüdür. Bir də gəlməyəcək sənintək Aysun. Öpürəm səni gözəl və ağıllı balam".

Qeyd edək ki, Aysunun fərqli imici üzərində peşəkar vizajist Nigar İbrahimova çalışıb.

Şahin Cavadsoy

Simsar.Az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!