16 Aprel, 2011
Milis yerlimizi təpiklə vurub öldürdü

İzik İsaqov taksi sürücüsü idi

Xüsusi təyinatlı milis dəstəsinin zabiti həmyerlimizi təpiklə vurub

Moskva vilayəti Daxili işlər Baş İdarəsinin xüsusi təyinatlı milis dəstəsinin zabiti Rusiya paytaxtında baş verən dava zamanı adam öldürüb. Simsar.az Rusiya mətbuatına istinadən xəbərinə görə, qətl yolda baş verən mübahisə zəminində törədilib.

İnsident dünən gündüz saatlarında 15-ci park küçəsində qeydə alınıb. Əslən Azərbaycandan olan İzik İsaqov qarnından aldığı təpik zərbəsi nəticəsində dünyasını dəyişib. Mərhum Moskvada şəxsi avtomobili ilə taksi xidməti göstərirmiş.

Milis zabiti hadisə baş verən vaxt xidməti vəzifəsini icra etməyib. Hazırda müstəntiqlər onun ifadəsini alırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!