7 Noyabr, 2014
Separatçılar hücuma keçdi

Ukraynanın şərqində döyüşlər yenidən qızışıb.

Simsar.az-ın məlumatına görə, ordu qüvvələri ilə separatçılar arasında gedən döyüşlərdə Ukrayna əsgərlərindən 13 nəfəri yaralanıb.

Bu haqda Anti terror əməliyyatı qrupunun spikeri Vladislav Seleznyov xəbər verib.

Onun sözlərinə görə, 25 hücum aktı qeydə alınıb, separatçılar artilleriya sistemləri və "Qrad" raketlərindən istifadə ediblər.

Seleznyov ən çətin vəziyyətin Debalçevo sahəsində Baxmutka yaşayış massivində olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Ukrayna tərəfi də açıqlama vərərək bildirmişdi ki, ötən gün gedən döyüşlərdə 200 separaatçı məhv edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!