7 Noyabr, 2014
Polis Səməd Vurğun bağını bu qadınlardan təmizlədi - VİDEO

Bu gün polis əməkdaşları Səməd Vurğun bağında əməliyyat keçirərək həmin məkanı əxlaqsız qadınlardan təmizləyib. Reyd saat 17:20 radələrində keçirilib.

Simsar.az-ın məlumatına görə, virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, polis əməkdaşları parkda əxlaqsızlıqla məşğul olan bir qrup qadını saxlayıb. Qadınlar Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə aparılıblar.

Qeyd edək ki, polis müxbirimizin çəkiliş aparmasına mane olub. Geriyə yalnız bir neçə saniyəlik bir süjet qalıb.

Hadisəyə şahidlik edən paytaxt sakinləri polisin bu addımını təqdir edib. Xatırladaq ki, Bakının mərkəzində - Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınların məskən salması haqda mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Parka istirahətə gələnlər bu vəziyyətdən şikayətlərini dönə-dönə dilə gətiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!