7 Noyabr, 2014
Soyuducu həyatını xilas etdi

Kolumbiyada okenda qəzaya düşən bir dənizçinin həyatını soyuducu xilas edib.

Simsar.az xəbər verir ki, Solona Salazar adlı bir balıqçı Sakit Okeanda ova çıxıb. Güclü külək nəticəsində kiçik gəmisi batan balıqçı, okeanın ortasında köməksiz vəziyyətdə ölümlə üz-üzə qalıb. Artıq öləcəyini qəbul edən balıqçının köməyinə isə son anda köhnə bir soyuducu yetib. Belə ki o, təsadüfən qarşısına çıxan soyuducudan yapışaraq 2 gün okeanda qaldıqdan sonra sağ-salamat xilas ola bilib.

Xilas olduqdan sonra açıqlama verən bəxti gətirmiş dənizçi Salazar, özüylə birlikdə bir dostunun da ova çıxdığını, lakin onu itirdiyini deyib: “Dostumu itirdiyim üçün çox kədərliyəm. Hazırda səhhətimdə hər şey qaydasındadır. O an öləcəyimdən başqa heçnə düşünmürdüm”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!