7 Noyabr, 2014
Rusiya ordusu Ukraynaya girdi - VİDEO

NATO və rəsmi Kiyev bəyan edib ki, tanklar artıq sərhəddən keçib

NATO Ukrayna sərhədində Rusiya qoşunlarının cəmləndiyini müşahidə edir.

Simsar.az-ın məlumatına görə, bu barədə Reuters-ə NATO-nun zabitlərindən biri məlumat verib.

Adının açıqlanmasını istəməyən zabitin sözlərinə görə, NATO-da Rusiya tanklarının sərhədi keçərək, Ukrayna daxil olması haqqında dəqiq məlumatlar var.

"Biz bu məlumatları təsidqləyə bilərik. Rusiya qoşunları və hərbi texnikası Ukraynanın sərhədində cəmlənib", - deyə zabit bildirib.

Rəsmi Kiyev Ukraynaya Rusiya ərazisindən 32 tankın daxil olduğunu bəyan edib.

Qeyd edək ki, noyabrın 4-də NATO baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama vermişdi: "Guya bizim qoşunlar Ukrayna sərhədinə yaxınlaşır. Yalandır".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!