7 Noyabr, 2014
Yenə Afrika, yenə virus, yenə ölən körpələr...

Cənubi Sudanda fəaliyyət göstərən Sərhədsiz Həkimlər Təşkilatı ölkədə malyariyaya tutulanların sayında ciddi artış olduğunu açıqlayıb.

Simsar.az xəbər verir ki, təşkilatdan verilən açıqlamada, xüsusilə Bahrul Gazel, Varab, Abyei kimi əyalətlərdə malyariyaya tutulanların sayında ciddi artış olduğu və bu bölgələrə dərman yardımının artırılmasının vacibliyi vurğulanıb.

Payızda ağcaqanadların artmasının xəstəliyin əsas səbəblərindən biri olduğu bildirilən açıqlamada, vaxtında müalicə olunacağı halda asanlıqla sağala biləcək bir çox xəstənin müalicə imkanı olmaması səbəbindən öldüyü qeyd edilib.

Açıqlamada o da vurğulanıb ki, Cənubi Sudanda həkimlərin təhlükəsizliklərinin təmin olunmaması səbəbindən vəzifələrini yerinə yetirməmələri, dərman və tibbi vəsaitlərin çatışmazlığı sözü gedən xəstəliyin yayılmasını gücləndirir və ölüm sayını artırır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!