7 Noyabr, 2014
Bəhreyn özünü təhlükəyə atır... – İran ölkəni hədələdi

Bəhreyndə polis Məhərrəm ayı münasibətilə tədbirlər təşkil edən şiələrə qarşı sərt davranıb və tədbirlərin keçirilməsinə icazə verməyib.

Simsar.az xəbər verir ki, İran Mütəxəssislər Məclisi Üzvü Ayətullah Seyid Əhməd Hatəmi, Bəhreyn polisinin bu davranışını qınayıb.

Tehran Universitenində qılınan cümə namazı xütbəsində Hatəmi Bəhreyn hökumətinə səslənib: “Belə qanlı əməllərə davam etsənizin ölkənizdə təhlükəsizliyi və inkişafı görə bilməyəcəksiniz. Bəhreyn əhalisinin çoxu şiədir. Bu ölkədə Hz. Hüseyini yad etmə tədbirləri təşkil edilməsi normaldır. Bəhreyndə polis  heç bir zaman bu cür tədbirlərin təşkil edilməsinə qarşı çıxmamışdı. Buna görə də Bəhreyn hökuməti bunu anlamalıdır ki, belə davranmaqla öz ölkəsinin təhlükəsizliyini zərər və təhlükəyə atır. Belə hadisələrlə Bəhreyn xalqının əsəbləri daha da tarıma çəkilir və onlar hökumətə qarşı daha aqressiv olacaqlar”.

Qeyd edək ki, İranda hər həftə cümə və bayram namazı qılıdıran imamlar, İranın ən yüksək nüfuzlu şəxsi Ayətullah Hamneyi adından çıxış etmək səlahiyyətinə sahibdirlər. Bu da dolayısıyla, bu sözlərin əslində Xamneyiyə aid olduğunu göstərir.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!